İstanbulun "Qalatasaray" futbol klubu Türkiyə Superligasında aldığı məğlubiyyətlərdən sonra artıq əsas hədəfini Türkiyə Kubokuna yönəldib. Siasport.az saytı xəbər verir ki, öz tarixinin ən pis dövrünü və antirekord mərhələsini yaşayan "cim bom" üçün çempionluq bir yana qalsın, Çempionlar Liqasına və Avropa Liqasına vəsiqə verən 2-ci və 4-cü yerləri də tutmaq qeyri mümkün görünür. Ümumiyyətlə tam əminliklə demək olar ki, artıq "Qalatasaray" üçün bu mövsümün Türkiyə Superligası çoxdan başa çatıb. Bunu artıq real vəziyyət də tam sübut edir. Bütün bu uğursuzluqlardan sonra İstanbul təmsilçisinin yeganə hədəfi Türkiyə Kubokuna yönəlib. Artıq bütün komanda məşqçilər korpusu da daxil olmaqla bu istiqamətə köklənib. Dünən futbolçularla görüşən klubun baş məşqçisi George Hagı da əsas hədəflərinin əsasən Türkiyə Kuboku uğrunda mübarizə aparmaqdan ibarət olduğunu onların diqqətinə çatdırıb. Rumıniyalı baş məşqçi kubok ugrunda mübarizənin ölüm-dirim məsələsi oldugunu deyərək əlavə edib ki, baş məşqçi qarışıq bütün futbolçuların taleyi kubokdan asılıdır. Türkiyə Kubokunun yarımfinal qarşılaşmasında "Gaziantepspor"la oynayacaqları səfər qarşılaşması üçün bütün hazırlıqları davam etdirən İstanbul klubu, rəqib meydanında sərfəli nəticə əldə edib cavab qarşılaşmasında yarımfinal görüşünün taleyini "Türk Telekom Arena"da asanlıqla həll etməyi hədələyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB