Almaniya, Fransa, Xorvatiya... QƏLƏBƏ

San-Marino 10 top buraxdı
Almaniya, Fransa, Xorvatiya... QƏLƏBƏ

"Avro-2016" futbol üzrə Avropa çempionatına hazırlıq çərçivəsində daha beş yoldaşlıq görüşü keçirilib. Bu oyunlar arasında qol sayına görə ən yadda qalan Xorvatiya ilə San-Marino yığmaları arasında keçirilən görüş olub. Xorvatlar rəqiblərini 10-0 hesabı ilə məğlub ediblər.

Çempionatın favoritləri hesab edilən Almaniya və Fransa da rəqiblərinə qalib gəliblər. Almaniya Macarıstanı 2-0, Fransa Şotlandiyanı 3-0 hesabla üstələyib.

Avro-2016 çempionatına düşə bilməyən Niderland isə gələcək turnirin iştirakçısı olan Avstriya millisinin qapısından iki qol keçirib. Slovakiya komandası ilə Şimali İrlandiyanın oyunu isə heç-heçə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə