Fabiano Karuana: "Vüqar Həşimov Memorialı hələ ki, mənim üçün uğurla davam edir" AÇIQLAMA

Fabiano Karuana: "Vüqar Həşimov Memorialı hələ ki, mənim üçün uğurla davam edir" AÇIQLAMA

Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2016" superturnirinin dördüncü turunda yarışın reytinq-favoriti olan İtaliya şahmatçısı Fabiano Karuana Azərbaycan qrossmeysteri Rauf Məmmədov üzərində qələbə qazanıb. SİA-nın məlumatına görə, təmsilçimiz Rauf Məmmədov oyunun təəsuratları haqda bunları deyib: "Fabiano Karuana dünyanın reytinq sıralamasında 2-ci yerdədir. Onunla oyundan zövq aldım və bir çox ideyalar, mövqe baxışları öyrəndim. Oyunumuz gərgin keçdi. Mən açılışda aktiv oynadım, rəqib şahınının piyada strukturunu dağıtdım, amma bu, lazımi nəticə vermədi. Yaranmış sonluq mənim üçün pis oldu və uduzdum".

Fabiano Karuana isə deyib: "Rəqibim İtalyan oyununu seçdi. Matçı nadir bir istiqamətə yönləndiridi. Yaranmış mövqedə mən daha yaxşı gedişlər tapdım, yaxşı sonluqla rəqibimi çıxılmaz vəziyyətdə salaraq məğlub etdim. Ümumiyyətlə qeyd edim ki, Vüqar Həşimov Memorialı hələ ki, mənim üçün uğurla davam edir".

Bütün xəbərlər Facebook səhifəmizdə