Robert Prosineçki: "Rəqibə iki qol hədiyyə verdik" AÇIQLAMA

Robert Prosineçki: "Rəqibə iki qol hədiyyə verdik" AÇIQLAMA

Futbol üzrə milli komandamızın baş məşqçisi Robert Prosineçki Avstriyada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində keçirilmiş Azərbaycan - Makedoniya yoldaşlıq oyunu barədə fikirlərini bildirib. SİA baş məşqçinin fikirlərini diqqətinizə çatdırır: "İki fərqli hissə izlədik. Birinci hissədə pis oynadıq. Rəqibə iki qol hədiyyə verdik. Ötürmə verə bilmədik. Fasilədən sonra oyun dəyişdi. Qol epizodları yaratdıq, lakin Əfran İsmayılov, Ruslan Qurbanov və Ağabala Ramazanov həmin fürsətlərdən yararlana bilmədilər. Hesabı bərabərləşdirə bilərdik. Niyə alınmadığını bilmirəm. Təhlil etməliyəm. İkinci hissədən razıyam. Mövsümün sonu olduğu üçün futbolçular yorulub. Amma bu, məğlubiyyətə görə bəraət ola bilməz".

Bütün xəbərlər Facebook səhifəmizdə