"ShamkirChess 2016"nın püşkü atıldı RƏQİBLƏR

"ShamkirChess 2016"nın püşkü atıldı RƏQİBLƏR

Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2016" superturnirinin püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, püşk nəticəsində Şəhriyar Məmmədyarov ilk turda dünya çempionluğu uğrunda norveçli Maqnus Karlsenlə üz-üzə gələcək rusiyalı Sergey Karyakinə rəqib olub.

Digər qarşılaşmalara gəlincə Rauf Məmmədov Aniş Giri (Hollandiya), Teymur Rəcəbov Hou Yifanla (Çin), Eltac Səfərli Pavel Elyanovla (Ukrayna), Fabiano Karuana (ABŞ) Harikrişna Pentala (Hindistan, 2763) ilə qarşılaşacaq.

Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək turnirə mayın 26-da start veriləcək. Qalib dairəvi sistemlə 9 turluq mübarizə nəticəsində müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə