“İnter” “İskra-Stal”ı da məğlub etdi – YENİLƏNİB

“İnter” “İskra-Stal”ı da məğlub etdi – YENİLƏNİB

Komandamız "Birlik Kuboku"nun qrup mərhələsini lider olaraq başa vurdu

"Birlik kuboku"nun qrup mərhələsi çərçivəsində Bakının "İnter" klubu sonuncu qarşılaşmasını keçirib. Siasport.az saytı xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən oyunlarda "İnter" Moldovanın "İskra-Stal" klubu ilə qarşılaşıb. Komandamız bu rəqibini də məğlub edib. Paytaxt təmsilçisi rəqib qapısından bir cavabsız top keçirib. Oyunun 80-ci dəqiqəsində Rövşən Əmiraslanov fərqlənib.

"İnter": Lomaya (Ağayev, 46), Kruqlov (Kandelak, 46), Assioli, Abramidze (Levin, 65), Mjavandze (Daşdəmirov, 46), Rəhimov, Despotovski (Asif Mirili, 70), Əmiraslanov, Yeqorov (Abdulov, 74), Stepanov, Sxdadze.

"İskra-Stal": Lifşiç, Qafina, Kasyan, Kostrov, Novikov, Qorodetski, Popoviç, Rudak, Kulikeviç, Nudnıy, Rusu.

"Birlik kuboku"
"İnter" ( Azərbaycan) – "İskra-Stal" (Moldova)
1:0
Peterburq İdman Konsert Kompleksi

"Neftçi" (Qırğısıstan) - "İstiqlal" (Tacikistan) -
0:3
"Zenit" İdman Oyunları Sarayı

Bütün xəbərlər Facebook səhifəmizdə