Andrey Şevçenko: “Beşiktaş”ı keçmək çox ağır olacaq”

Andrey Şevçenko: “Beşiktaş”ı keçmək çox ağır olacaq”

"Deyəsən İstanbulun "Beşiktaş" klubu artıq əməlli başlı Avroliqadakı rəqiblərini qorxuya salıb. Siasport.az saytı xəbər verir ki, Avroliqanın 1/6 mərhələsində İstanbul klubunun rəqibi olacaq Kiyev "Dinamo"sunun hücumçusu Andrey Şevçenko Ukrayna mediasına verdiyi müsahibədə bildirib ki, "Beşiktaş"ı keçmək çox ağır olacaq. A.Şevçenko klubun rəsmi saytında da eyni fikirləri təkrar edib. O bildirib ki, Avroliqada onları çox ağır oyunlar gözləyir. Növbəti mərhələni keçmək üçün çox çalışmaq lazım gələcəyini deyən A.Şevçenko daha sonra əlavə edib ki, "Mançester Siti"ni rəqib kimi görə bilmək üçün ilk əvvəl "Beşiktaş"ı məğlub etmək lazımdır.

Bütün xəbərlər Facebook səhifəmizdə