Qadınlar arasında keçirilən şahmat üzrə Azərbaycan Çempionatında 3-cü turun oyunları başa çatıb. Siasport.az xəbər verir ki, hesabat
turu 1 oyundan başqa qara fiqurların qələbəsi ilə yadda qalıb. Cütlükləri və
nəticələri təqdim edirik: Xələfova
Nərmin 0-1 Quliyeva
Səbinə İsgəndərova
Xəyalə 0-1 Kazımova
Nərmin Umudova
Nərgiz 0-1 Məmmədyarova
Zeynəb Məmmədova
Gülnar 1-0 Abdulla
Xəyalə Fətəliyeva
Ülviyyə 0-1 İsmayılova
Pərvanə Həsənova
Türkan 0-1 Məmmədyarova
Türkan 3 turdan sonra turnir cədvəlində vahid lider
var. Belə ki, Zeynəb Məmmədyarova 3 oyundan 100 faizlik nəticə ilə zirvədə yer
alıb. Onu 2.5 xala malik Nərmin Kazımova izləyir. Səbinə Quliyeva, Pərvanə İsmayılova,
Ülviyyə Fətəliyeva və Nərgiz Umudovanın aktivində 2 xal var. Türkan
Məmmədyarova və Gülnar Məmmədova 3 oyuna əlli faizlik nəticə göstəriblər - 1.5
xal. Abdulla və İsgəndərova Xəyalələr və Nərmin Xələfovanın ehtiyatında 0.5 xalı
var. Çempionatın hələ ki, yeganə xalsız şahmatçısı Türkan Həsənovadır. Bu gün 4-cü turun görüşləri keçiriləcək Cütlüklər aşağıdakı kimidir: Umudova Nərgiz - Quliyeva Səbinə
Məmmədova Gülnar - İsgəndərova Xəyalə
Fətəliyeva Ülviyyə - Xələfova Nərmin
Həsənova Türkan - Kazımova Nərmin
Məmmədyarova Türkan - Məmmədyarova Zeynəb
İsmayılova Pərvanə - Abdulla Xəyalə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB