Karate üzrə növbəti Avropa çempionatı fevralın 11-dən 13-dək Serbiyanın Novi-Sad şəhərində keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə Serbiyada Azərbaycanı kadetlərin (14-15 yaş), yeniyetmələrin (16-17 yaş) və gənclərin (18-20 yaş) yarışlarında 35-dən çox karateçi təmsil edəcək. Avropa çempionatında onların mübarizəsinə məşqçilər Anar Allahverdiyev, Şahin Xudaverdiyev, Vahid Eyvazov və Rəhman Hətəmov rəhbərlik edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB