Dünya Kuboku yarışlarının püşkü atılıb

Dünya Kuboku yarışlarının püşkü atılıb

Sərbəst və yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçirilib. SİA-nın məlumatına görə, püşkatma mərasimi ötən həftə Türkiyənin İstanbul şəhərində Rio Olimpiadasına II Dünya təsnifat turniri zamanı keçirilən Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında baş tutub.

Yunan-Roma güləşi Sərbəst güləş
A qrupu Rusiya
Belarus
Almaniya
Qazaxstan
Rusiya
Gürcüstan
Türkiyə
Monqolustan
B qrupu İran
AZƏRBAYCAN
Türkiyə
Ukrayna
İran
AZƏRBAYCAN
Hindistan
ABŞ

Xatırladaq ki, yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları mayın 19-20-də İran İslam Respublikasının Şiraz şəhərində, sərbəst güləş üzrə Dünya Kuboku yarışları isə, iyunun 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq.

Məlumat üçün bildirək ki, ötən il keçirilən analoji yarışda yunan-Roma güləşi üzrə yığma komandamız tarixində ilk dəfə Dünya Kubokunun sahibi olub, sərbəst güləşçilərimiz isə yarışları 3-cü yerdə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə