"Qarabağ" sabah ölkəni tərk edəcək

"Qarabağ" sabah ölkəni tərk edəcək

Dekabrın 23-dən sonra istirahətə yollanan "Qarabağ" artıq 2011-ci ilin hazırlıqlarına başlayır. Siasport.az saytının məlumatına görə, Premyer Liqada yaranmış fasilə ilə əlaqədar komandanın istirahəti sabah başa çatır. Sabah səhər komanda bazaya toplaşacaq və təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq. "Qarabağ" sabah saat 13:00-da Bakı – İstanbul – Antalya reysi ilə qonşu ölkəyə yollanacaq. Antalyada Ağdam təmsilçisi 5 ulduzlu "İC Santai" otelində məskunlaşacaq. "Qarabağ" fevralın 5-nə kimi adı çəkilən məkanda çempionatın geridə qalan hissəsinin çalışmalarını yerinə yetirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə