Florentino Peres yenidən Mourinyo ilə danışıqlar masasına əyləşəcək

Joze Mourinyo yenidən "Real"ın baş məşqçisi ola bilər. Bu barədə bu gün Avropanın aparıcı mətbuat orqanları məlumat yayıb.

İddiaya görə, "Real" Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizəni dayandırsa, klubun prezidenti Florentino Peres yenidən Mourinyo ilə danışıqlar masasına əyləşəcək. "Kral Klubu" bu mərhələdə "Volfsburq"la mübarizə aparır. Almaniyada baş tutan ilk oyunda meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.

Maraqlıdı ki, bir müddətidi Mourinyonun gələn mövsüm "Mançester Yunayted"i çalışdıcağı iddia olunur. Məlumatlara görə, artıq tərəflər razılığa gəlib və rəsmii müqavilə yaxın günlərdə imzalanacaq.

Qeyd edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real"ı çalışdırıb. 53 yaşlı mütəxəssis 2010/11 mövsümündə "Kral Kubokunu, 2011/12 mövsümündə İspaniya çempionluğunu və Super Kubokunu qazanıb. Portuqaliyalı məşqçi karyerası ərzində "Portu", "Çelsi", "İnter" və "Real"la birlikdə 22 kubok qazanıb. Bunlardan 2-si Çempionlar Liqasıdı.

Bütün xəbərlər Facebook səhifəmizdə