Derbi matçının tarixi bəlli oldu

Matç 13 apreldə baş tutacaq
Derbi matçının tarixi bəlli oldu

Türkiyə Superliqasının 25-ci turundan təxirə salınan "Qalatasaray" – "Fənərbaxça" qarşılaşmasının keçiriləcəyi tarix bəlli olub. Matç 13 apreldə baş tutacaq.

Qeyd edək ki, "Qalatasaray" - "Fənərbağça" matçı martın 20-də keçirilməli idi. Lakin qarşılaşmanın oynanılacağı "Türk Telekom Arena"da terror törədiləcəyinə dair məlumatın daxil olduğu səbəb göstərilərək, görüş təxirə salınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə