Mart ayının ilk istirahət günlərində Portuqaliyanın Maya şəhəri ənənəvi olaraq akrobatika gimnastikası üzrə Dünya Kuboku mərhələsini qəbul edib. SİA-nın məlumatına görə, yarışlarda Azəbaycanı Aynur Hüseynova, Lalə Hüseynova və Nərmin Ramazanovadan ibarət qadın qrupu təmsil edib.
Finalda üçlük 27.160 xal toplayaraq 3-cü yerə layiq görülüb. Birinci yeri Portuqaliya, ikinci yeri isə Boyük Britaniya akrobatları qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB