Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar silsilə tədbirləri davam edir. SİA-nın məlumatına görə, bu gün Xətai rayonunda yerləşən 171 nömrəli tam orta məktəbin atıcılıq tirində paytaxtın bütün rayonlarının iştirakı ilə "Mahir nişançı" güllə atıcılığı turniri keçirilib.
Yarışdan öncə Xocalı şəhidləri bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib və Xocalı qətliamı haqqında yarış iştirakçılarına geniş məlumat verilib.
Yarışa qatılmış 11 komandanın tərkibi 5 nəfərdən (3 oğlan 2 qız) ibarət olub. Turnir iştirakçıları pnevmatik tüfəngdən 3 sınaq və 5 əsas atış edərək mübarizə aparıblar. Yarışın münsiflər heyətinin tərkibi hərbi hazırlıq müəllimlərindən ibarət olub.
Nəticələrə görə, I yerə Xətai, II yerə Nizami, III yerə Səbail rayon komandası layiq görülüb. I, II və III yeri tutmuş komandalar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, medal və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB