Rusiyaya uduzduq

Bu gün Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında yoldaşlıq oyunu keçirilib. SİA-nın məlumatına görə, oyun qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb - 1:5. Yığmamızın heyətində Fərid Nəbiyev fərqlənib.

Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində fevralın 25-də Bakı Olimpiya Stadionunda bu komandalar arasında növbəti yoldaşlıq oyunu keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə