İngiltərənin "Mançester Yunayted" futbol klubunun baş məşqçisi Lui van Qal özünü komandanın fanatlarının mümkün hücumlarından qorumaq üçün cangüdənlər tutub. "Daily Mirror" qəzetinin yazdığına görə, hollandiyalı mütəxəssisin klubdakı fəaliyyəti onun azarkeşlərini getdikcə daha çox əsəbiləşdirir. Odur ki, məşqçi evinin qarşısında fasiləsiz keşik çəkən mühafizəçiləri işə götürməklə, özünün və ailəsinin təhlükəsizliyini təmin etmək qərarına gəlib.
Məlumata görə, "sakit və təhlükəsiz" yerdə özünə ev axtarmağa başlayan 64 yaşlı mütəxəssis hazırda Mançesterin elit ətraf qəsəbələrindən birində yaşayır.
Maraqlıdır ki, "Mançester Yunayted" həm öz meydanında, həm də başqa meydanlarda matçlar zamanı van Qalı mühafizə ilə təmin edir, amma məşqçi üçün bu, yetərli deyil.
"Mançester Yunayted" İngiltərə çempionatının 23 turundan sonra turnir cədvəlində beşinci yeri tutur. Çempionlar Liqasının pley-off mərhələsinə çıxa bilməyən komanda çıxışlarını Avropa Liqasının pley-off mərhələsində davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB