Bu gün Azərbaycan Premyer Liqasında 16-cı turun daha iki oyunu keçiriləcək. Turun ən maraqlı qarşılaşmalarından biri Qəbələdə oynanılacaq. Çempionatın liderlərindən biri olan "Qəbələ" öz meydançasında Bakının "Neftçi" klubunu qəbul edəcək. Oyun saat 15:30-da başlayacaq.
Turun son qarşılaşmasında isə lider "Qarabağ" "Zirə" ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 18:00-da start götürəcək.
Xatırladaq ki, hazırda "Qarabağ" 35 xalla turnir cədvəlinə başçılıq edir. "Qəbələ" 27 xalla ikinci, "Zirə" isə 25 xalla üçüncü pillədə qərarlaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB