"Qalatasaray" klubu və Almaniya millisinin ulduz futbolçusu Lukas Podolski keçirdiyi mətbuat konfrasında maraqlı açıqlamalar verib. SİA-nın məlumatına görə, futbolçu bildirib ki, Türkiyədəki ilk oyunundan çox məmnundur: "Qol vurduğum üçün yox, ümumiyyətlə ilk qarşılaşmadan razı qaldım. İndiyə qədər bütün oyunlarda ilk 11-likdə meydana çıxmışam. Fiziki durumum və səhhətim yaxşıdır. Baş məşqçilər mənə güvənəndə yaxşı oynaya bilirəm. Qol vurub və məhsuldar ötürmə verirəm".
Futbolçu Almaniya milli komandasının baş məşqçisi Yoahim Lövün onu Türkiyədə ziyarət etdiyini, "Qalatasaray"ın oyununu izlədiyini qeyd edib: "Löv mənimlə görüşdü və söhbətləşdik. Bir-birimizi uzun zamandır tanıyırıq. Almaniya millisi üçün hər zaman əlimdən gələni etmişəm. Avropa Çempionatına da hazırlaşacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB