“Qarabağ”ın bu mövsümdə ilk məğlubiyyəti

“Qarabağ”ın bu mövsümdə ilk məğlubiyyəti

Topaz Premyer Liqasında doqquzuncu tura yekun vurulub. Turun ilk dövrəsinin son oyunları paytaxtdan kənarda baş tutub.

Günün ilk qarşılaşmasında Qəbələ şəhər stadionunda Roman Qriqorçukun yetirmələri "Zirə"ni qəbul edib. Baş hakim Elvin Əsgərovun idarə etdiyi görüşdə hesab açılmayıb - 0:0.

Turun sonuncu oyununda lider "Qarabağ" komandası "Sumqayıt"ın qonağı olub. "Kapital Bank Arena"da keçirilən oyunu baş hakim Rəvan Həmzəzadə idarə edib. Görüş "Gənclik şəhəri"nin təmsilçilərinin qələbəsi ilə başa satıb- 1:0.

Xatırladaq ki, Premyer Liqanın doqquzuncu turunun digər oyunlarında AZAL komandası "Neftçi"ni 2:1, "Kəpəz" klubu "Xəzər-Lənkəran"ı 1:0, "İnter" isə "Rəvan"ı 2:0 hesabı ilə məğlub edib.

Hazırda "Qəbələ" və "Qarabağ" 20 xalla çempionata liderlik edirlər. "İnter" komandası isə 17 xalla üçüncü pillədə qərarlaşıb.

25 oktyabr

Azərbaycan Premyer Liqası, 9-cu tur

19:00. "Sumqayıt" – "Qarabağ" - 1:0
Qol: Mirzağa Hüseynpur, 86
Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Xəlil Xəlilov
Sumqayıt şəhər stadionu.

17:00. "Qəbələ" – "Zirə" - 0:0
Hakimlər: Elvin Əsgərov, İsgəndər Əliyev, Munis Abdullayev, Ziya Nəsirov
Qəbələ şəhər stadionu

24 oktyabr

"İnter" – "Rəvan" - 2:0
Qollar: Yuri Fomenko, 32 (1:0), İlkin Qırtımov, 49 (2:0)
Hakimlər: Rəhim Həsənov, Kamran Bayramov, Vüsal Qənbərov, Mahir Məmmədov
"İnter Arena".

"Kəpəz" – "Xəzər Lənkəran" - 1:0
Qol: Dario Federiko, 36 (1:0)
Hakimlər: Ömər Paşayev, Akif Əmirəli, Vüqar Bayramov, Ramil Diniyev
Gəncə şəhər stadionu.

23 oktyabr

AZAL – "Neftçi" - 2:1
Qollar: Nuqzar Kvirtiya, 24-pen (1:0), Ruslan Qurbanov, 57 (1:1),
Aleksandr Quruli, 90+4 (2:1)
Qırmızı vərəqə: Filta Jairo Rodriges, 90+3 ("Neftçi")
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev
"AZAl Arena".


Turnir cədvəli

N Klublar O Q H M T-F X
1 Qəbələ 9 6 2 1 17-4 20
2 Qarabağ 9 6 2 1 17-8 20
3 İnter 9 5 2 2 8-6 17
4 Zirə 9 4 4 1 8-6 16
5 Kəpəz 9 4 2 3 10-7 14
6 Neftçi 9 2 3 4 9-9 9
7 Xəzər Lənkəran 9 2 3 4 8-13 9
8 Sumqayıt 9 1 5 3 6-9 8
9 AZAL 9 2 1 6 5-12 7
10 Rəvan 9 0 2 8 4-16 2

Bombardirlər:

Riçard Almeyda ("Qarabağ") - 5 qol
Aleksey Qay ("Qəbələ") - 4 qol
Aleksey Antonov ("Qəbələ") - 4 qol
Samuel Armenteros ("Qarabağ") - 4 qol

Bütün xəbərlər Facebook səhifəmizdə