İdmançımız dünya çempionu olub

İdmançımız dünya çempionu olub

Azərbaycan Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə idmançısı Kamil Əliyev Qətərin Doha şəhərində keçirilən lisenziya xarakterli dünya çempionatında uzunluğa tullanmada 7.13 metr nəticə göstərərək dünya çempionu adına layiq görülüb. SİA-nın məlumatına görə, K.Əliyev "Rio de Janeyro-2016" Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıb.

Dohada keçirilən lisenziya xarakterli dünya çempionatı davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə