"Xəzər Lənkəran"ın akademiyasının həftəsi: 10 qol, 3 qələbə VİDEOLAR

"Xəzər Lənkəran"ın akademiyasının həftəsi: 10 qol, 3 qələbə VİDEOLAR

"Xəzər Lənkəran"ın akademiyası üçün həftənin əvvəli U-17 komandasının "Neftçi"yə məğlubiyyəti ilə başlayıb. SİA-nın məlumatına görə, əsas heyətin üzvləri Yusif Həsənovun yoxluğu və İbrahim Qədirzadənin yalnız bir hissə meydanda olması komandanın oyununa təsirsiz ötüşməyib - 0:3.

Növbəti gün isə U-15 komandası ardıcıl 7-ci qələbəsini və eyni zamanda "quru" oyununu rəsmiləşdirib. Bu dəfə AZAL-ın qonağı olan Mircəlal Əliyevin komandası avtoqol və Etibar Suleymanovun qolu sayəsində 2:0 hesabı ilə qalib gəlib.

U-19 komandasının da çempionata startını uğurlu hesab etmək olar. Öz meydanında kifayət qədər güclü və təcrübəli "Zirə"ni qəbul edən komanda böyükhesablı qələbəyə sevinib - 4:1. Bu oyunda da qollardan birini rəqib öz qapısından keçirib. Digər üç qol isə Arzu İsmayılov, Milad Bayramov və Kənan Sadıxovun aktivindədir.

U-16 komandası da bu tur evdə "Zirə"ni qəbul edib. Namiq Qarayevin yetirmələri də 4 qol vurub və qapısını toxunulmaz saxlaya bilib. Xəqani Sadıqov bu oyunda dubl edib, Nurlan Fərəcli və Samir Quliyev isə hərəyə bir dəfə fərqləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə