Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov jurnalistlərə açıqlama verib. SİA-nın məlumatına görə, o, şahmatçılarımızın iştirak edəcəyi qarşıdakı yarışlar barədə danışıb: "SOCAR-Azerbaijan" klubu Avropa Kubokunun son qalibidir. Kişi şahmatçılarımızdan ibarət Azərbaycan yığması hazırkı qitə çempionudur. Sözsüz ki, biz hər iki yarışın favoritlərindən sayılırıq. Hər iki komandamızdan titulu qorumaq tələb olunur. Yarışa qələbə üçün yollanacağıq. İstərdik ki, həm millimiz, həm də klubumuz yenidən çempion olsun. Amma bilirsiniz ki, rəqabət çox yüksəkdir. Əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Şahmatçılarımızın potensialı onlardan qələbə gözləməyə imkan verir. Təmsilçilərimiz yenidən uğur qazana bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB