Azərbaycan və Misir Şahmat Federasiyaları arasında müqavilə imzalandı FOTOLAR

Azərbaycan və Misir Şahmat Federasiyaları arasında müqavilə imzalandı FOTOLAR

Bu gün Azərbaycan və Misir Şahmat Federasiyası arasında əməkdaşlıq müqaviləsi bağlanıb. SİA-nın məlumatına görə, müqaviləni Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Misir Şahmat Federasiyasının prezidenti Haşem Elgendani imzalayıb. Razılaşmaya əsasən, şahmatın inkişafı istiqamətində birgə layihələr işlənəcək, qarşılıqlı təlim-məşq toplanışları təşkil olunacaq və hakimlər arasında təcrübə mübadiləsi aparılacaq.

İmzalanma mərasimindən sonra suallara cavab verən AŞF-nin prezidenti Elman Rüstəmov müqavilənin vacibliyindən danışıb: "Misirlə əməkdaşlığımız müqavilədən əvvəl də olub. İndi biz bunu rəsmiləşdirdik. Müqaviləyə əsasən, şahmatçılar Azərbaycanda və ya Misirdə təlim-məşq toplanışlarında iştirak edəcək, hakimlərimizin təcrübə mübadiləsi aparılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə