Rusiya qrossmeysteri Pyotr Svidler Bakıda keçirilən Dünya Kubokunun final mərhələsinin birinci partiyasında həmvətəni Sergey Karyakinə qalib gəlib. Peterburqlu şahmatçı ağ fiqurlarla qələbə qazanıb. Rəqib 29-cu gedişdən sonra təslim olub.
Matçda hesab 1:0-dır. Rusiya qrossmeysterləri arasında klassik şahmat üzrə ikinci partiya oktyabrın 2-də oynanılacaq.
Qeyd edək ki, final dörd klassik partiyadan ibarət olacaq. Qalib müəyyən olunmasa, rəqiblər güclərini tay-breyk oyununda sınayacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB