Robert Prosineçki: "İki xal itirdik" AÇIQLAMA

Robert Prosineçki: "İki xal itirdik" AÇIQLAMA

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Malta - Azərbaycan oyunundan sonra təşkil olunmuş mətbuat konfransında hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildirib. SİA baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:

Pietro Ghedin (Malta millisinin baş məşqçisi): "Bu gün yaxşı çıxış etdik. İtaliya millisi ilə oyunda çox güc sərf etmişdik. İlk qoldan sonra komandamız özünə gəldi. Müdafiə xəttinin səhv buraxması normal haldır. Azərbaycan millisinin vurduğu ikinci qolda bizim müdafiəçilər səhvə yol verdilər. Futbolda səhvlər olur. Nəticədən razı qalmadım. Daha çox şeyə ümid edirdik. Azərbaycan millisi yaxşı komandadır. İtaliya yığması ilə oyundan sonra üzərimizdə çox təzyiq var idi. Əsas odur ki, birinci qoldan sonra toparlandıq".

Robert Prosineçki (Azərbaycan millisinin baş məşqçisi): "Komandam ən gözəl oyununu göstərdi. Rəqib hesabda öndə olanda da hücum futbolunu davam etdirik. Öz səhvlərimizə görə rəqib iki dəfə qapıya zərbə vurdu, hər ikisi də qol oldu. Bizim isə qapıya 21 zərbəmiz oldu. Təəssüf ki, qol şanslarından yararlana bilmədik. Amma yenə də komandamdan razıyam. Oyunun gedişini nəzərə alsaq, deməliyəm ki, iki xal itirdik. Futbolda səhvlər bağışlanmır. Oyun boyu hücum edən tərəf biz olduq. Amma rəqib buraxdığımız səhvləri bağışlamadı. Azərbaycan millisi artıq futbol oynayır. Bununla fəxr etməliyik. Hamı mübarizə aparır".

Bütün xəbərlər Facebook səhifəmizdə