İtaliyanın "İnter" klubu növbəti transferini reallaşdırmaq niyyətindədir. SİA-nın məlumatına görə, klub "Tottenhem"də çıxış edən Erik Lamelanı transfer etmək üçün qarşı tərəflə danışıqlara başlıyıb. İngiltərə təmsilçisinin heyətində 46 oyuna 5 qol vuran 23 yaşlı futbolçu da bu klubdan ayrılmaqda israrlıdır. Argentinalı futbolçunun həm atası, həm də meneceri olan Xose Lamela da onun İngiltərədən ayrılacağı xəbərini təsdiqləyib.
Xatırladaq ki, Lamela 2013-cü ildə "Roma"dan 30 milyon avro müqabilində "Tottenhem"ə transfer olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB