Taekvondoçularımız Ulu Öndərin məzarını ziyarət ediblər FOTOLAR

Taekvondoçularımız Ulu Öndərin məzarını ziyarət ediblər FOTOLAR

"Bakı-2015" ilk Avropa Oyunlarında 5 medal qazanaraq xalqımızı sevindirən taekvondo üzrə Azərbaycan milli komandası və Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyi Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər. SİA-nın məlumatına görə, milli komandamız və federasiya rəhbərliyi sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad ediblər.

Xatırladaq ki, taekvondo üzrə milli komandamız İlk Avropa Oyunlarında 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə