İlk Avropa Oyunlarında daha bir qızıl medal qazandıq

İlk Avropa Oyunlarında daha bir qızıl medal qazandıq
Bakı Kristal Zalda keçirilən ilk Avropa Oyunlarının boks yarışlarında 69 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Pərviz Bağırov qızıl medal qazanıb. SİA-nın məlumatına görə, boksçumuz finalda rusiyalı Aleksander Besputinlə döyüşüb. Təmsilçimiz rəqibinə heç bir şans verməyərək 3:0 hesablı qələbə qazanıb və ilk Avropa Oyunlarının qalibi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər. Boksçumuza qızıl medalı ölkə başçısı İlham Əliyev təqdim edib. Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə