Yeniyetmə qızlar İzmirdə qüvvələrini sınayacaqlar

Yeniyetmə qızlar İzmirdə qüvvələrini sınayacaqlar

Mayın 29-dan 31-dək Türkiyənin İzmir şəhərində Mahmut Atalay və Yaşar Erkanın xatirəsinə yeniyetmələr arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə 18-ci beynəlxalq turnir keçiriləcək. SİA-nın məlumatına görə, turnirdə ölkəmizi yeniyetmə qızlardan ibarət yığma komandanın üzvləri təmsil edəcək. Yarışda böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında 7 güləşçimiz mübarizə aparacaq. Heyətdə Zemfira Ələkbərli (38 kq), Aynur Camalova (43 kq), Gülcahan Hacıyeva (46 kq), Sona Tumarxanova, Səbinə Həmzəlzadə (hər ikisi 49 kq), Şəbnəm Əhmədova və Tatyana Varantsova (hər ikisi 56 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə