Beynəlxalq qrossmeyster Qədir Hüseynov Dünya Kubokunda iştirak edəcək. SİA-nın məlumatına görə, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Prezidenti Kirsan İlyumjinov Azərbaycan Şahmat Federasiyasının xahişini nəzərə alaraq və beynəlxalq qrossmeysterin indiyədək göstərdiyi nailiyyətlərini əsas tutaraq (Azərbaycan milli komandasının tərkibində 2 dəfə Avropa çempionu (2009, 2013-cü illər), həmçinin 2 dəfə Avropa çempionatında 2-3-cü yerlər (2007-2011-ci illərdə) onun Dünya Kubokunda iştirakına razılıq verib.
Xatırladaq ki, sentyabr ayının 10-dan oktyabrın 6-dək Bakıda şahmat üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 128 zəka sahibi birincilik uğurunda mübarizə aparacaq. Azərbaycanı Dünya Kubokunda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov, Vasif Durarbəyli və Qədir Hüseynov təmsil edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB