Millimiz ikinci yeri tutub

Moldovanın paytaxtı Kişinyovda təşkil olumuş futzal üzrə beynəlxalq turnirdə Azərbaycan milli komandası ikinci yeri tutub. SİA-nın məlumatına görə, millimiz final oyununda Moldova yığması ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Futzalçılarımız 3 zərbədən heç birini dəqiq vura bilməyib. Moldova yığması penaltidən bir dəfə fərqlənməklə qələbə qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə