Milli komandamızın AVRO-2016-nın seçmə mərhələsindəki oyunu ilə əlaqədar Premyer Liqada yaranmış fasilə başa çatıb. Aprelin ilk günündə milli çempionatın XXVII turu çərçivəsində "Xəzər Lənkəran" doğma meydanda "Sumqayıt"ı qonaq edəcək. SİA-nın məlumatına görə, komanda artıq bir neçə gündür ki, Lənkərandakı bazasında məşqlərini davam etdirir və hazırda heyətdə Ruslan Cəfərov istisna olmaqla zədəli futbolçu yoxdur. Gənc müdafiəçi fərdi olaraq fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorrenin nəzarətində bərpa dövrünü keçir. Sabah oyunöncəsi son məşqini əsas meydanda keçirəcək "Xəzər Lənkəran" daha sonra qarşılaşma saatını gözləyəcək.
Aprelin 1-də saat 17.00-da start götürəcək "Xəzər Lənkəran" - " Sumqayıt" matçı " Xəzər Lənkəran" TV vasitəsilə canlı yayımlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB