Elmar Qasımov qızıl medal qazanıb

Elmar Qasımov qızıl medal qazanıb

Samsunda keçirilən cüdo üzrə beynəlxalq Qran-pri yarışlarının sonuncu günündə milli komandamızın üzvü Elmar Qasımov (100 kq) qızıl medal qazanıb. SİA-nın məlumatına görə, cüdoçumuz Serbiya, Türkiyə, İran və Rusiya idmançılarına qalib gələrək finala yüksəlib. E. Qasımov həlledici görüşdə almaniyalı Karl-Rihard Freydi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, Azərbaycan millisi Samsun Qran-pri yarışlarını 2 qızıl (Rüstəm Orucov, 73 kq) və 1 gümüş (Orxan Səfərov, 60 kq) medalla başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə