"Monako" və "Atletiko" ÇL-in 1/4 finalında

"Monako" və "Atletiko" ÇL-in 1/4 finalında

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində "Monako" "Arsenal"ı qəbul edib. SİA-nın məlumatına görə, qarşılaşmada qonaqlar 2:0 hesablı qələbə qazanıblar. Lakin ilk oyunun nəticəsinə görə (3:1), növbəti mərhələyə "Monako" vəsiqə qazanıb.

"Atletiko" (Madrid) isə "Bayer"lə (Leverkuzen) qarşılaşıb. İlk oyunda 1 cavabsız qolla məğlub olan Madrid təmsilçisi bu dəfə eyni hesabla qələbə qazanıb. Ancaq ümumi hesab bərabər olduğundan qarşılaşma penaltilər seriyasına qədər uzanıb. Burada "Atletiko" üstün olub (3:2) və 1/4 finalda mübarizə aparmaq hüququ qazanıb.

17 mart

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

"Monako" (Fransa) - "Arsenal" (İngiltərə) 0:2
Qol: Jiru, 36 (0:1), Remsi, 79 (0:2)
(İlk oyun - 3:1)

"Atletiko" (Madrid, İspaniya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0 (Penatilər seriyası - 3:2)
Qol: Suares, 27 (1:0)
(İlk oyun - 0:1)

Bütün xəbərlər Facebook səhifəmizdə