Eltac Səfərli Özbəkistan şahmatçısını məğlub edib

Daşkənddə keçirilən beynəlxalq qrossmeyster Qeorgiya Aqzamovun xatirəsinə həsr olunmuş 9-cu beynəlxalq şahmat turnirində ilk turun oyunları yekunlaşıb. SİA-nın məlumatına görə, yarışda ölkəmizi təmsil edən beynəlxalq qrossmeyster Eltac Səfərli ilk turda yerli şahmatçı Vladimir Vladimirov üzərində qələbə qazanıb. 2-ci turda həmyerlimizin rəqibi Özbəkistan təmsilçisi Sarvinoz Kurbonbayeva olacaq.

Qeyd edək ki, turnir İsveçrə sistemi ilə keçirilir və 9 turdan ibarətdir. Yarış martın 20-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə