"Qarabağ" ispaniyalı futbolçunu transfer etdi

"Qarabağ" ispaniyalı futbolçunu transfer etdi

"Qarabağ" klubu 2015-ci ildə ilk transferini reallaşdırıb. SİA-nın məlumatına görə, komanda ispaniyalı Dani Kintananı heyətinə qatıb. O, "Qarabağ"da çıxış edəcək ilk prineyli kimi tarixə düşəcək.Yarımmüdafiəçi İspaniyanın "Valensiya" klubunun yetirməsidir. Karyerası ərzində daha çox ispan klublarında çıxış edən Daninin ulduzu Polşanın "Yagelloniya" klubunda parlayıb. Ötən mövsüm Polşa 1-ci liqasında 15 qol vuran yarımmüdafiəçi bu mövsümün başlanğıcında Səudiyyə Ərəbistanın "Əl-Əhli" klubuna transfer olunub. O, mövsümün gedişində Ərəbistan klubu ilə yollarını ayırıb. Belə ki, Dani "Qarabağ"a azad trasnfer kimi keçib. Dünən tibbi baxışdan uğurla keçən ispaniyalı ilə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, FİFA-nın qaydalarına əsasən, Kintana mövsüm ərzində iki klubda oynadığına görə bu mövsüm "Qarabağ"da forma geyinə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə