Mirbağır İsayev: "Mərkəzdə buraxdığımız səhvlərdən qapımızda qol gördük"

Mirbağır İsayev: "Mərkəzdə buraxdığımız səhvlərdən qapımızda qol gördük"

17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Rusiya yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisi qarşılaşma barədə fikirlərini bildirib. SİA baş məşqçilərin fikirlərini nəzərinizə çatdırır:

Mirbağır İsayev (Azərbaycan U-17 yığmasının baş məşqçisi): "Oyun rəqibin üstünlüyü ilə keçdi. Hesabı açmağımıza baxmayaraq, qoruya bilmədik. Mərkəzdə buraxdığımız səhvlərdən qapımızda qol gördük. Elit-raund mərhələsinə bir ay qalıb. Bu cür oyunlar keçirmək bizim üçün vacibdir. Elit-raunda qədər ilk 18-liyi müəyyənləşdirməliyik".

Mixail Qalaktionov (Rusiya U-17 yığmasının baş məşqçisi): "Bizi dəvət etdiyi üçün AFFA-ya təşəkkür edirəm. Hər şey yüksək səviyyədə təşkil edilib. Çox maraqlı oyun keçdi. Daha əvvəl də qarşılaşmışıq. Meydanda yaxşı rəqib gördük. İnanıram ki, növbəti oyun da gərgin və maraqlı keçəcək. Komandaların yaxşı potensialı var".

Bütün xəbərlər Facebook səhifəmizdə