"Qarabağ" - "İnter": müəmmalı heç-heçə

"Qarabağ" - "İnter": müəmmalı heç-heçə

Avropa Liqasının qrup mərhələsində bu gün bir neçə oyun keçirilib. Turnirdə yeganə təmsilçimiz "Qarabağ" doğma meydanda İtaliya nəhənglərindən olan "İnter"lə qarşılaşıb. "İnter" qrup lideri kimi "pley-off"a vəsiqəni təmin etsə də, "Qarabağ" üçün bugünkü qarşılaşma həlledici idi.

Qurban Qurbanovun komandası qələbə qazanarsa, ikinci pillənin sahibi kimi "pley-off"a yüksələcəkdi. Heç-heçə də "Qarabağ" üçün uğurlu nəticə ola bilərdi. Bunun üçün qrupun digər oyununda – "Dnepr" – "Sent Etyen" qarşılaşmasında bərabərlik qeydə alınmalı idi.

"Qarabağ" - "İnter" matçı qolsuz bərabərliklə başa çatıb - 0:0. Qarşılaşmanın 90+4 dəqiqəsində "Qarabağ"ın futbolçusu Riçard Almeydanın təmiz qolunu hakim qeydə almayıb. Bu nəticə ilə "Qarabağ" avroliqanın qrup mərhələsini üçüncü pillədə tamamlayıb.

Xatırladaq ki, İtaliyada keçirilən ilk oyundan "Qarabağ" "İnter"ə 0:2 hesabı ilə məğlub olub.

21:00."Qarabağ" (Azərbaycan) – "İnter" (İtaliya) - 0:0
Hakimlər: Mioslav Zelinka, Andjey Pelikan, İrji Molaçek ( Çexiya)

UEFA-nın saytına istinadən yayılan xəbərə görə, komandalar meydana aşağıdakı heyətlə çıxıb.

"Qarabağ": İbrahim Şehiç, Ansi Aqolli, Maksim Medvedev, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Riçard Almeyda, Qara Qarayev, Leroy Corc, Muarem Muarem, Vüqar Nadirov, Namiq Ələsgərov

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Tərlan Quliyev, Admir Teli, İlqar Qurbanov, Cavid Tağıyev, Namiq Yusifov, Hacı Əhmədov

"İnter": Karrizo, Andreolli (k), Mvila, Dambrosio, Hüqo Kampanyaro, Mbaye, Donkor, Joel Obi, Rene Krhin, Pablo Osvaldo, Federiko Bonazzoli

Ehtiyat oyunçular: Kosta, Berni, Skiakka, Dimarko, Baldini, Andrea Palazzi

"Oyun yaxşı alındı. "Qarabağ" yaxşı komandadır. Çox təəssüflənirəm ki, "Qarabağ" növbəti mərhələyə adlaya bilmədi". Bu sözləri "İnter"in baş məşqçisi Roberto Mançini Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ"la qolsuz bərabərə qaldıqları matçdan sonra keçirilən mətbuat konfransında deyib.

- "İnter"in yaxşı oyununu görmədik, sadəcə "Qarabağ" növbəti mərhələyə adını yazdıra bilmədi.

- O zaman "Qarabağ"a təbriklər!

- İllərin təcrübəli məşqçisi kimi etiraf edirsinizmi, "Qarabağ"ın sayılmayan qolu zamanı ofsayd yox idi?

- Futbolda hər şey olur. "Qarabağ" əvvəlki qol imkanlarından istifadə edə bilərdi.

"Bu oyun haqda çox danışmaq istəmirəm. Azarkeşlərə çox sag ol deyirəm. Bütün matçlarda bizim yanımızda oldular. Pis sonluq olmadı. Futbolçularıma təşəkkür edirəm, çox çalışdılar. Zədəlilərimiz də oldu. Bəlkə də bu, bizim üçün böyük zərbə oldu. Eyni zamanda, böyük bir təcrübə qazandıq". Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "İnter"lə qolsuz bərabərə qaldıqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

- Avropa Liqasının qrup mərhələsindən əvvəl nə düşünürdünüz?

- Bilirdik ki, maraqlı qrupa düşmüşük, Bütün rəqiblərimizin böyük təcrübəsi var idi. Biz də pis oynamadıq. Həmişə futbolçularıma demişəm ki, mümkünsüz şey yoxdur. Bu gün də bunun şahidi olduq. Hər bir rəqibə qarşı oynaya bildik.

- Sayılmayan qol epizodu barədə nə deyə bilərsiniz?

- İki videoyazıya baxdıq. Təmiz qol vurulmuşdu. Top rəqibin futbolçusuna dəyərək qapıya daxil olmuşdu. Hakimin qərarı bizə qaranlıq qaldı. Belə bir qərar vermək böyük risk idi. Bizə başqa söz demək düşməz.

- Bu gün hakim səhvinə görə növbəti mərhələyə yüksələ bilmədiniz. Özünüzü necə hiss edirsiniz?

- Heç nə edə bilmərik. Hətta "İnter"in futbolçusu oyundan sonra mənə dedi ki, top qapıya girəndə ona toxunmuşdu. Ancaq o, bunu hakimə desəydi, daha yaxşı olardı. Vurulan qol qeydə alınmalı idi.

- Bəxtinizin gətirmədiyini demək olar?

- Futbolda hər şey ola bilər. Bəzi oyunlarda da bizim bəxtimiz gətirib.

S

Komandalar

O

Q

H

M

T-F

Xal

1.

İnter

6

3

3

0

4:1

12

2.

Dnepr

6

2

2

3

4:5

7

3.

Qarabağ

6

1

3

2

3:5

6

4.

Sent-Etyen

6

0

5

1

2:3

5

Fotolar "İnter"in saytına və UEFA-ya məxsusdur.





































Bütün xəbərlər Facebook səhifəmizdə