"İnter" hazırlıqlarını davam etdirir

"İnter" hazırlıqlarını davam etdirir

Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən "İnter" komandası hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, "İnter Arena" stadionunda bu gün məşqə çıxan komanda üzvləri isinmə hərəkətlərindən sonra müxtəlif tapşırıqlar üzərində çalışıblar.

Xatırladaq ki, sabah "İnter" Zaqatalanın "Simurq" klubu ilə qarşılaşacaq. Yoxlama matçı "İnter Arena" stadionunda baş tutacaq. Qarşılaşma saat 17.00-da başlayacaq.

Qeyd edək ki, zədə üzündən bir müddət meydançadan uzaq qalmış Baçana Tsxadadze də artıq Bakıdadır və gürcüstanlı hücumçu dünəndən etibarən fərdi məşq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə