Matçın hakimləri müəyyənləşdi

Matçın hakimləri müəyyənləşdi

UEFA Avropa Liqasının qrup mərhələsində noyabrın 6-da keçiriləcək "Qarabağ" - "Dnepr" matçının hakimləri müəyyənləşib. SİA-nın məlumatına görə, qarşılaşma polşalı hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Pavel Gil olacaq. Ona Pyotr Sadczuk və Marcin Borkovski köməklik edəcək. Konrad Sapela isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçı noyabrın 6-da, saat 21:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə