“Neftçi” və “Partizan” komandalarının baş məşqçilərinin mətbuat konfranslarının vaxtı açıqlandı

“Neftçi” və “Partizan” komandalarının baş məşqçilərinin mətbuat konfranslarının vaxtı açıqlandı

Avropa Liqasının play-off mərhələsi çərçivəsində keçiriləcək "Neftçi" və "Partizan" komandaları arasındakı oyundan əvvəl təşkil olunacaq tədbirlərin vaxtı açıqlanıb. Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda hər iki komandanın baş məşqçilərinin mətbuat konfransları və komandaların ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq məşqi keçiriləcək.

Oyundan əvvəl saat 19:30-da "Neftçi" komandasının baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı və saat 20:00-da isə kollektivin açıq məşqi olacaq.

"Partizan"ın baş məşqçisi Marko Nikoliçin mətbuat konfransı isə saat 20:30-da keçiriləcək. Yarım saat sonra isə klubun açıq məşqi başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə