Avqustun 1-dən 14-dək Norveçin Tromse şəhərində 41-ci Dünya Şahmat Olimpiadası keçiriləcəkdir. İştirakçı komandaların əsas gəliş günləri 31 iyul və 1 avqust tarixlərinə təyin edilib. Dünya Şahmat Olimpiadasında iştirak etmək üçün kişilərdən ibarət 178, qadınlardan ibarət 139 komanda müraciət edib. Bu komandaların tərkibində 385 qrossmeyster var (253 kişi və 132 qadın). Komandaların kapitanları arasında 40-dan çox tanınmış qrossmeyster var.
Tromsedə Azərbaycanın kişilərdən ibarət komandasına qrossmeysterlər Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Rauf Məmmədov daxildir. Komandanın kapitanı Aleksandr Xalifmandır.
Qadınlardan ibarət yığma komandamızda medallar uğrunda Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Xəyalə Abdulla və Səbinə İbrahimova mübarizə aparacaqdır. Bu komandanın kapitanı Fikrət Südeyifzadədir.
Avqustun 12-də Tromsedə Azərbaycan Günü keçiriləcək. Həmin gün Odlar yurdu Azərbaycanın paytaxtı Bakı 41-ci Dünya Şahmat Olimpiadasının iştirakçılarına 2016-cı il Dünya Şahmat Olimpiadasının paytaxtı kimi təqdim ediləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB