Quba Milli Qolf Klubu dünya səviyyəli yarışa ev sahibliyi edir FOTOLAR
Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə dünya səviyyəli qolfçuların iştirakı ilə "Challenge Tour" keçirilir. SİA-nın verdiyi məlumata görə, iyulun 31-də Quba Milli Qolf Klubunda "European Challenge Tour" tərəfindən Avropa turnirinin reytinqinə əsasən seçilən 72 ölkədən 156 oyunçu birincilik uğrunda mübarizəyə başlayıb.
Turnirdə topa ilk zərbəni vuran Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov idmançılara mötəbər yarışda uğurlar diləyib. Federasiya prezidenti bildirib ki, "Challenge Tour" hər il 42 ölkədə keçirilir: "Bundan sonra bu yarış ənənəvi olaraq hər il Azərbaycanda da təşkil olunacaq. Qolf Azərbaycanda idmanın yeni tanınmaqda olan bir növü olsa da, qısa müddət ərzində böyük uğurlara imza atılıb. Ölkəmizdə artıq qolf üzrə sayca ikinci yarış keçirilir. Əsas məqsədlərdən biri 2016-cı ildə Rio-de-Janeyroda baş tutacaq Yay Olimpiya Oyunlarında Azərbaycandan olan qolfçuların iştirakını təmin etmək və ölkəmizi beynəlxalq qolf aləminə tanıtmaqdır".
4 gün davam edəcək turnir 18 dəlikli "Stroke Play" formatında keçirilir və yarışda yalnız peşəkar kişi qolfçular mübarizə aparır. Hər "Challenge tour" mövsümünün sonunda Top-15 yeri tutan qolfçular növbəti mövsümdə "European Tour"-da oynamaq hüququ qazanır.
Turnirin mükafatlandırma mərasimi avqustun 3-də olacaq.
Emin Kərimov, Quba
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB