“Neftçi” “Koper”ə məğlub olub

“Neftçi” “Koper”ə məğlub olub

"Neftçi" Avropa Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirib. SİA-nın məlumatına görə, Flaqman Sloveniyanın "Koper" klubunu qəbul edib. Görüş komandamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Neftçi" 0:2 hesabı ilə geri düşdükdən sonra buraxılan qollardan birinin əvəzini çıxıb. Oyunun 45-ci dəqiqəsində Araz Abdullayev fərqlənib. Komandamız ikinci hissədə nəinki hesabı bərabərləşdirə, hətta qələbə qolunu da vura bilərdi. Lakin futbolçularımız qol imkanlarından yararlana bilməyib.

Qeyd edək ki, cavab oyunu iyulun 24-də Sloveniyada baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə