Mundialın "ən"ləri bəlli oldu FOTOLAR

Mundialın "ən"ləri bəlli oldu FOTOLAR

Böyük finalın ən yaxşı oyunçusu bəlli oldu

DÇ-2014-ün finalında baş tutan Almaniya – Argentina matçının ən yaxşısı bəlli olub. FİFA-nın rəsmi saytının yaydığı xəbərə görə, Almaniya millisinin yarımmüdafiəçisi Mario Götze matçın ən yaxşısı seçilib.

O, görüşdə vurulan yeganə qolun müəllifi olub. Onun qolu sayəsində komandası dünya çempionu adını qazanıb.

"Qızıl top"un sahibi məlumdur

DÇ-2014-ün ən yaxşı oyunçusu bəlli olub. Mudialın gümüş mükafatçısı Argentina millisinin kapitanı Lionel Messi turnirin ən yaxşısı adını qazanıb.

Final oyunundan sonra "Qızıl top" mükafatı Messiyə təqdim olunub.

Qeyd edək ki, DÇ-2014-ün bütün oyunlarında meydanda olan hücumçu 4 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Noyer DÇ-2014-ün ən yaxşı qapıçısı oldu

DÇ-2014-ün ən yaxşı qapıçısının adı açıqlanıb. Məlumata görə, bu, mundialın qızıl medallarını qazanan Almaniya millisinin qapıçısı Manuel Noyerdir.

Xatırladaq ki, təcrübəli qapıçı çempionat ərzində qapısından cəmi dörd qol buraxıb.

DÇ-2014-ün ən yaxşı gənc futbolçusu müəyyənləşdi

DÇ-2014-ün ən yaxşı gənc futbolçusunun adı açıqlanıb.

Məlumata görə, Fransa millisiinin yarımmüdafiəçisi Poul Poqba mundialın ən yaxşı gənc futbolçusu seçilib.

Mundialda bir qol vuran 21 yaşlı futbolçu baxımlı oyunu ilə yadda qalıb.

Xatırladaq ki, DÇ-2014-ün ən yaxşı futbolçusu adına digər namizədlər Mempis Depay (Hollandiya) və Rafael Varan (Fransa) idi.

"DÇ-2014"ün bombardiri müəyyənləşdi

Dünən baş tutan Almaniya - Argentina final görüşü (1:0) ilə "DÇ-2014"ün bombardirinin kimliyi müəyyənləşib.

Məlumata görə, Kolumbiya millisinin futbolçusu Xames Rodriqes bu turnirdə ən çox qol vurub.

1/4 finalda Braziliyaya məğlub olaraq mübarizəni dayandıran Kolumbiya millisinin gənc hücumçusu altı qolla mundialın bombardiri olub.

Almaniya millisindən Tomas Müller ikinci (5) pillədə qərarlaşıb. Hərəyə dörd qol vuran Neymar (Braziliya), Messi (Argentina), Robin van Persi (Hollandiya) 3-5-ci yerləri bölüşdürüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə