AFFA cərimə və cəzaları açıqladı

AFFA cərimə və cəzaları açıqladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:

Topaz Premyer Liqasının XXXIV turunun "Qarabağ" – "İnter" matçının 75 və 80-ci dəqiqələrində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə olunduğu üçün klub 1000 manat cərimə olunur (maddə 52).

Topaz Premyer Liqasının XXXIV turunun "Xəzər Lənkəran" – "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Topaz Premyer Liqasının XXXIV turunun AZAL – "Neftçi" matçının 58-ci dəqiqəsində AZAL klubunun 26 №-li futbolçusu Kərim Diniyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 86-cı dəqiqəsində AZAL klubunun 5 №-li futbolçusu Murad Ağayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 37.1).

Topaz Premyer Liqasının XXXIV turunun "Rəvan" – "Simurq" matçının 73-cü dəqiqəsində "Simurq" klubunun 2 №-li futbolçusu İlkin Qırtımov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XXXIV turunun "Rəvan" – "Simurq" matçında "Simurq" klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XXXIV turunun AZAL – "Neftçi" matçında "Neftçi" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionun XXV turunun təxirə salınmış "Şuşa" – "Neftçala" matçında "Şuşa" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Bütün xəbərlər Facebook səhifəmizdə