Hikaru Nakamura: "Debütdən pis duruma düşdüm"

Hikaru Nakamura: "Debütdən pis duruma düşdüm"

"Shamkir Chess 2014" turnirinin 2-ci turunda Maqnus Karlsenə uduzan Hikaru Nakamura mətbuat konfransında məğlubiyyətin səbəbini açıqlayıb. SİA-nın məlumatına görə, şahmatçı oyununun alınmadığını deyib: "Debütdən pis duruma düşdüm. Çətin vəziyyətdən çıxış tapmaq çətin idi. Statistikadan xəbərim var. Sadəcə oyunum alınmadı. Psixoloji durum burda rol oynamadı. Məğlub olmaq istəmirdim, amma təəssüf ki, uduzdum."

Qeyd edək ki, Nakamura indiyə qədər oynadığı 9 partiyanın hamısında Karlsenə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə