Eto'odan şok etiraf: "Mourinyoya nifrət edirdim"

Eto'odan şok etiraf: "Mourinyoya nifrət edirdim"

Sən demə "Çelsi"nin qocaman futbolçusu Samuel Eto'o, hazırkı baş məşqçisi Joze Mourinyoya nifrət edirmiş. Siasport.az saytı xəbər verir ki, bu barədə Britaniya mətbuatı yazılar dərc edib. "Dumanlı albiom" mediyasının yaydığı xəbərə görə, kamerunlu hücumçu deyib ki, Mourinyo ilə şəxsi tanışlığına qədər ona nifrət edib: "Onun çalışdırdığı heç bir komandada oynamayacağımı söyləmişdim. Mourinyoya nifrət edirdim. Ancaq şəxsən tanış olduqdan sonra yanlış düşündüyümü anladım. Hazırda onunla çox yaxşı dostuq". Qeyd edək ki, Eto'o "Çelsi"dən əvvəl də Mourinyo ilə işləyib. O, 2009-cu ildə "Barselona"dan "İnter"ə keçib və portuqaliyalı mütəxəssisin rəhbərliyi altında önəmli uğurlara imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə