Futbolçu hakimi təhqir etdiyinə görə cəzalandırıldı İNTİZAM KOMİTƏSİNİN QƏRARLARI
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:
12 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan kubokunun 1/4 final mərhələsinin "İnter" – "Neftçi" matçında "İnter" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
Oyunun 38-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vəasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur (maddə 52).
12 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Rəvan" – "Bakı" matçında "Bakı" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
12 mart 2014-cü il, 2013/2014 mövsümündə, XXII Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Araz Naxçıvan" - "Xəzər Lənkəran" matçının 73-cü dəqiqəsində "Araz Naxçıvan" klubunun inzibatçısı Yunis Məhərrəmov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 62).
Oyunun 90+3-cü dəqiqəsində "Xəzər Lənkəran" klubunun 4 №-li futbolçusu Alvaro Silva əl ilə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
5 mart 2014-cü il U-19 Liqasının "Neftçi" – "Qarabağ" matçının 90+4-cü dəqiqəsində "Neftçi" klubunun 28 №-li futbolçusu Etibar Süleymanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
5 mart 2014-cü il U-19 Liqasının "Simurq" – "Xəzər Lənkəran" matçının 65-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 17 №-li futbolçusu Zaur Nuruzadə rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).
Oyunun 74-cü dəqiqəsində "Simurq" klubunun 4 №-li futbolçusu Süay Həsənov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
5 mart 2014-cü il U-19 Liqasının "İnter" – "Sumqayıt" matçının 81-ci dəqiqəsində "İnter" klubunun 19 №-li futbolçusu Elməddin Əmənov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 37.1).
Oyunun 89-cu dəqiqəsində "Sumqayıt" klubunun 14 №-li futbolçusu Coşqun Mehdiyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
5 mart 2014-cü il U-19 Liqasının "Rəvan" – AZAL matçının 28-ci dəqiqəsində AZAL klubunun 8 №-li futbolçusu Ümid Ümidov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
12 mart 2014-cü il U-19 Liqasının "Simurq" – "Sumqayıt" matçının 3-cü dəqiqəsində "Simurq" klubunun 20 №-li futbolçusu Əli Müslümov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 85-ci dəqiqəsində "Simurq" klubunun 4 №-li futbolçusu Elşən Kamanov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 90+2-ci dəqiqəsində "Simurq" klubunun 3 №-li futbolçusu Məcid Xəlilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
3 mart 2014-cü il Bakcell U-17 Liqasının "Bakı" - "Neftçi" matçının 80-cı dəqiqəsində "Bakı" klubunun 11 №-li futbolçusu Umar Akmurzayev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
6 mart 2014-cü il U-16 Liqasının "Sumqayıt" – "Qarabağ" matçının 43-cü dəqiqəsində "Sumqayıt" klubunun 4 №-li futbolçusu Taleh İsgəndərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
6 mart 2014-cü il U-16 Liqasının AZAL – "Şahdağ" matçının 9-cu dəqiqəsində AZAL klubunun 5 №-li futbolçusu Mülazim Ağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
6 mart 2014-cü il U-16 Liqasının "Vətən" – "Simurq" matçının 75-ci dəqiqəsində "Simurq" klubunun 6 №-li futbolçusu Elşən Mustafayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
4 mart 2014-cü il, U-15 Liqasının "Bakı Kəndləri" – "Turan-T" matçında "Turan-T" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
4 mart 2014-cü il U-15 Liqasının "Neftçi" – "Quba"OK matçının 45-ci dəqiqəsində "Quba"OK klubunun 24 №-li futbolçusu Pərvin Fərzəliyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
Oyunun 65-ci dəqiqəsində "Quba"OK klubunun 10 №-li futbolçusu Hüseyn Cəfərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
4 mart 2014-cü il U-15 Liqasının "Xəzər Lənkəran" – "MKT Araz" matçının 67-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 1 №-li futbolçusu Mövlan Kərimov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
4 mart 2014-cü il U-15 Liqasının "Qarabağ" – "Simurq" matçının 68-ci dəqiqəsində "Simurq" klubunun 1 №-li futbolçusu Məhəmməd Abakarov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
Oyunun 70-ci dəqiqəsində "Qarabağ" klubunun 24 №-li futbolçusu Nahid Zülfüqarov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
11 mart 2014-cü il U-15 Liqasının "İnter" – "Bakı" matçının 68-ci dəqiqəsində "Bakı" klubunun məşqçisi İlyas Qurbanov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır (maddə 42.4).
11 mart 2014-cü il U-15 Liqasının "Qarabağ" – "Neftçi" matçının 58-ci dəqiqəsində "Qarabağ" klubunun baş məqçisi Elvin Həsənov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır (maddə 62).
10 mart 2014-cü il U-14 Liqasının "İnter" – "Neftçi" matçının 39-cu dəqiqəsində "Neftçi" klubunun 18 №-li futbolçusu Mehman Süleymanlı rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır (maddə 42.1).
9 mart 2014-cü il U-14 Liqasının "Top Qapı" (Bərdə) – "Naftalan" matçının 49-cu dəqiqəsində "Naftalan" klubunun 7 №-li futbolçusu Elçin Ələkbərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).
9 mart 2014-cü il Coca-Cola U-13 Liqasının "Quba"OK – "Şahdağ" matçının 44-cü dəqiqəsində "Şahdağ" klubunun 5 №-li futbolçusu Həbibxan Əhmədxanovla "Quba"OK klubunun 1 №-li futbolçusu Məhəmməd Balabəyov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyunluq cəzalanır (maddə 38.3).
9 mart 2014-cü il Coca-Cola U-13 Liqasının "Neftçi" – "Rəvan" matçı zamanı "Rəvan" klubunun Akif Qasımov adlı azarkeşi meydançanın ətrafındakı hasarı sındıraraq meydançaya daxil olmuş, hakimi təhqir etmiş və ona fiziki təsir göstərməyə cəhd etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edir:
· Akif Qasımovun "Rəvan" klubunun iştirakı ilə olan matçlarda bir il müddətinə stadiona girişinə qadağa qoyulur (maddə 21).
· "Rəvan" klubu dəymiş zərərə uyğun olaraq stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etsin (maddə 50).
· "Rəvan" klubu 1000 manat məbləğində cərimə olunur.
9 mart 2014-cü il Atena U-12 Liqasının "Naftalan" – UGİM "Mingəçevir" matçının 37-ci dəqiqəsində UGİM klubunun 3 №-li futbolçusu Eldar Məmmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır(maddə 38.3).
8 mart 2014-cü il, Atena U-12 Liqasının UGİM (Qazax) – "Turan-T" matçında UGİM (Qazax) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).
8 mart 2014-cü il, U-11 Liqasının UGİM (Lənkəran) – "Xəzər Lənkəran" matçında UGİM (Lənkəran) klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Klub 3-cü dəfə oyunlarda iştirak etmədiyi üçün yarışlardan kənarlaşdırılır (maddə 56).
8 mart 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin "Çağırğan" – "Qəbələ-2" matçının 74-ci dəqiqəsində "Qəbələ-2" klubunun 32 №-li futbolçusu Xəzər Məmmədov və klubun 7 №-li futbolçusu Ramal Əhmədov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
11 mart 2014-cü il Həvəskarlar arasında Azərbaycan birinciliyinin "Şəfəq" – "Viləş" matçının 44-cü dəqiqəsində "Viləş" klubunun 10 №-li futbolçusu Kənan Seyfullayev hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 42.3).
U-16 Liqasında çıxış edən "Şahdağ" klubunun heyətində futbolçular Marat Əzizov və İlkin Sədullayev sənədlərinin saxta olduğu aşkar olunmuş və hər iki futbolçuya verilmiş lisenziyalar geri alınmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq adıçəkilən futbolçuların iştirak etdiyi oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verirlir (maddə 51).
U-16 Liqasında çıxış edən "Rəvan" klubunun heyətində futbolçu Bəxtiyar Cəfərlinin sənədlərinin saxta olduğu aşkar olunmuş və futbolçuya verilmiş lisenziya geri alınmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq adıçəkilən futbolçunun iştirak etdiyi oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verirlir (maddə 51).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB